Kalininqradda Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) rəhbəri Rafael Qrossi ilə “Rosatom”un baş direktoru Aleksey Lixaçev arasında danışıqlar başa çatıb.

Yenizaman-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, tərəflər Zaporojya Atom Elektrik Stansiyasının (AES) təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Lixaçev və Qrossi Kalininqraddakı görüşü faydalı və səmimi söhbət kimi qiymətləndirib və gələcək təmaslar barədə razılığa gəliblər.

Lixaçev qeyd edib ki, BAEA əməkdaşlarının Zaporojya AES-də rotasiya zamanı təhlükəsizliyi “Rosatom” üçün prioritetdir. Onun sözlərinə görə, AES-in işə salınması planı yalnız hərbi təhlükələr aradan qaldırılarsa, həyata keçirilə bilər.

“BAEA-nın Zaporojya AES-də olması stansiyadakı vəziyyət barədə dünyanı məlumatlandırmaq üçün lazımdır, bu saxtakarlıqla mübarizə üçün vacibdir”, - o əlavə edib.

.