Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, avqustun 17-də saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Mercedes”markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb.

Hadisə nəticəsində sürücü Radim Heydərov xəsarət alıb, nəqliyyat vasitəsindəki sərnişin, 1980-ci il təvəllüdlü Xəlilov Bəhruz Niyaz oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

.