Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib.

Bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib.

O qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır.

.