Tu-154 təyyarəsində qəzaya düşən Müdafiə Nazirliyinin Aleksandrov adına mahnı və rəqs ansablının əməkdaşı Dmitri Litvyakov qəza anında həyat yoldaşına yazdığı mesajı yayılıb.

 

D.Litvyakovun xanımı Valentina bir ay əvvəl bu səfərin planlaşdırıldığını deyib. Ansamblın bəzi üzvləri bu səfərə ehtiyat ediblər, Suriyaya getməyin təhlükəli olduğunu bildiriblər. Ancaq hərbi əmr olduğundan, təbii ki, heç kəs etiraz etməyib.

 

Gecə 5:12-də Dmitri Soçidən mesaj yazıb: "Biz Soçidə yanacaq doldurduq. Artıq ora gedirik. Sizi sevirəm”.

 

Saat 5:45-də təyyarə qəzaya düşüb.

 

Dmitri Litvyakovun Matvey adlı bir azyaşlı oğlu var.

Axar.az

 


.