
BöyükVətən Müharibəsi əlili hüquqşünas alim, BDU-nunsabiq dossenti, Prezident təqaüdcüsü,Bakı şəhəri, Yasamal rayonu H. Zərdabi prospekti ev 61,mənzil 39 ünvanında yaşayan 1924 cü il təvəllüdlü Mehdiyev Mehdi Səməd oğlu Ali Baş Komandan ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qələbə təbriki yazıb.
Həmin təbriki təqdim edirik:
44 gün ərzində ölkəmizdə gedən vətən müharibəsində erməni faşistləri üzərində qazandığımız qələbə hər bir azərbaycanlı kimi məni də çox sevindirdi.
Çünki müharibələrdə, xüsusi ilə də hərbitexnikanın ağlagəlməz dərəcədə inkişaf etdiyi dövrdə qələbə qazanmaq hər bir xalqa qismət olmur və Sizin böyük müdrikliyinizlə tətbiq etdiyiniz döyüş taktikası ilə müzəffər ordumuz tərəfindən erməni işğalçıları darma dağın edildilər və onun havadarlarını nplanları, istəkləri ömürlük gözlərində qaldı.
Bu münasibət ilə təbrik edirəm və Sizə verilən gücün tükənməz olmasını arzulayıram İnanıram ki, Siz Qarabağı cənnətlər cənnətinə cevirəcəksiniz və Qarabağ igidlər vətəni olmaqla dünyanın ən gözəl diyarlarından biri olacaq Mən hazırda respublikada ən yaşlı Böyük Vətən Müharibəsi ştirakçılarından biriyəm,hazırda 97 yaşın içindəyəm, ulu öndər Heydər Əliyevin və Zizin tərəfinizdən daim müharıbə iştirakçılarına və əlillərinə qayğı və diqqət göstərilib. Müharibənin nə olduğunu yaxşı bilirəm. Qafqaz uğrunda gedən döyüşlərdə sona kimi vuruşmuşam və ağır yaralanmışam.
Böyük fəxrlə deyə bilərəm ki,azərbaycan ordusunun tətbiq etdiyi döyüş taktikası amerikalı generalları da heyran qoyub. ABŞ ordusunun quru qoşunlarının Baş Qərargah rəsi ordu generalı Ceyms Makkobinin azərbaycanın Qarabağdakı əməliyyatları ilə bağlı səsləndirdiyi fikirlər onları düşünməyə vadar edərək, amerika hava hücumundan müdafiə sisteminin inkişafını və təkmilləşdirməsini qaçılmaz hesab edib.Bununla hər birimiz fəxr etməliyik.
.