
Son illər aparılan elmi tədqiqatlarla qəhvənin təbii və güclü antioksidant mənbələri arasında ilk sıralarda yer aldığı müəyyən edilmişdir.
Bəs "oksidan" və "antioksidant” özü nə?
Oksid maddələr bioloji molekullar üzərində zaman-zaman ziyan və zərərlərə yol açan aktiv komponentlər kimi tanınır. Oksid maddələrə ən çox hava çirklənməsi, siqaret dumanı və ultrabənövşəyi şüaları üzündən məruz qalırıq. Mütəxəssislər, oksidanların ürək və damar xəstəlikləri ilə xərçəng kimi ciddi xəstəlikləri başladığını və ya getmələrinə yol açdığını qeyd edirlər.
Antioksidantlar isə oksidləşmə reaksiyalarını mane olaraq, mümkün oksidativ zədələrə qarşı müdafiə etməyimizi təmin edən ən mühüm bioloji silahlarımız kimi qəbul edilir. Gündəlik qidalanarkən tərəvəzlər, bitki yağlar, meyvələr, ət, toyuq və balıq məhsulları kimi bir çox qida elementində göstərirlər.
Qəhvə də yüksək antioksidant fəaliyyətinə malik olan qidalar arasında ən ön sıralarda yer alır. Antioksidant baxımından zəngin qidalar arasında qəhvəylə birlikdə, kakao, qırmızı şərab, nar və yaşıl çay da ilk sıralarda yer alır.
Antioksidant baxımından zəngin içkilərin saxladığı polifenol mənbələrinə görə qəhvə şərabdan önə çıxan içkidir.
Qırmızı şərab 200-800 mg/qədəh
Qəhvə 150-550 mg/kupa
Kakao 150-200 mg/kupa
Yaşıl çay 150-200 mg/kupa
Bəs, antioksidantların səhiyyəmizə faydaları nələrdir:
1. Antioksidantlar yaşlanma təsirlərini sürətləndirən hüceyrələrin inkişafına mane olurlar.
2. İmmunitet sistemimizi dəstəkləyirlər.
3. Xərçəngin qarşısını alınmaqda müsbət təsirləri var.
4. Ürək sağlamlığımızı dəstəkləyir və ateroskleroz, ürək böhranı, iflic və digər ürək-damar xəstəliklərinin yaranmasını qarşısını almağa kömək edir.
5. Antioksidantlar LDL, yəni pis xasiyyətli xolesterini salarkən HDL, yəni yaxşı xasiyyətli xolesterini yüksəldir və qan təzyiqini azaldırlar.
Qəhvənin sağlamlıq üzərindəki digər təsirləri də var.
Qəhvə bağlı aparılan elmi tədqiqatlar 2-3 fincan qəhvə içmək zehin açıqlığı və müvazinəti inkişaf etdirir, qısa dövr yaddaş və məntiqli düşünmə keyfiyyətini artırır.
Qəhvə içmək günümüzü şən və canlı bir şəkildə yaşamağa kömək edir. Qəhvə oyanmağa, diqqəti cəm etməyə yardımçı olur, bu da öyrənməyimizi və yönəltməyimizi dəstəkləyir.
Qəhvə və sağlamlıq deyəndə ağla gələn məsələlər arasında, qadınların şikayətçi olduqları sellülit problemi də var. Qəhvənin sellülit yaratması geniş yayılmış və yanlış inanca qarşı, elmi araşdırmalar qəhvənin sellülit səbəbləri arasında yer almadığını sübut etmişdir. Tam əksinə, qəhvənin yağı çeşidlənən hormonları hərəkətə keçirdiyini və limfa axarını asanlaşdırdığını göstərir.
Gəncliyini uzun illər qorumaq üçün "anti-aging" üsullarına əl atanlar da, kofenin dərinin yaşlanması ilə döyüşən antioksidantlar baxımından çox zəngin olduğunu bildikləri üçün pəhriz kafeyə də yer verirlər. Qəhvənin antioksidant xüsusiyyəti və "anti-aging" təsiri, səhiyyə peşəkarları tərəfindən də tez-tez vurğulanır.
Mənəvi həyatımız üçün də qəhvə bir ünsiyyət vasitəsidir. Qəhvə bəhanə, məhəbbət şəhanə deyənlər əbəs yerə belə deməyiblər ki. Qəhvə qadınların tibbi baxımndan dərisini gözəlləşdirdiyi kimi, mənəvi baxımdan iç dünyasını gözəlləşdirir. Qadın gülürsə, qadın xoşbəxtdirsə, hər zaman şən mahnılar eşidəcəyik...
anaveusaq.az
.