Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində yol qəzası olub, piyada ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 29-da saat 15 radələrində Ruslan Cabbarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1997-ci il təvəllüdlü Nurlan Abbasəliyevi vurub:

"Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir".

.