Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

Bu gün ikinci dəfə xalqa müraciət edən Tokayev ölkədən qaçması barədə yayılan xəbərləri təkzib edib.

O, paytaxt Nur-Sultanda olduğunu və şəhəri heç bir halda tərk etməyəcəyini bildirib.

Xalqa müraciətində asayiş keşikçiləri arasında ölüm hallarının olduğunu vurğulayan Prezident bundan sonra təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı maksimum sərt davranacağını qeyd edib.

Tokayev vəziyyətin stabilləşməsi üçün tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini bəyan edib.

.