Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən APA-ya məlumat verilib.

Bildirilib ki, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarə Azərbaycan Hava Yollarına məxsusdur.

"Hadisənin hansı şəraitdə baş verdiyinə aydınlıq gətiriləcək. Xüsusi araşdırma aparılacaq", - nazirlikdən bildirilib.

.