
İyulda neft hasilatının artırılması ilə bağlı qərar mayın 31-də “OPEK+”ın növbəti görüşündə qəbul ediləcək, lakin dəqiq həcmlər hələ məlum deyil.
Yenizaman "İnterfaks-Qazaxıstan" agentliyinə istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Alibek Jamauov bildirib.
"İyul ayı üçün neft hasilatının artırılması mayın 31-də elan ediləcək. Artım olacaq, lakin bu gündəlik 400, 500, 600 min barel olacaq - bilmirik, bunu şənbə günü elan edəcəklər", - o vurğulayıb.
.