Qazax rayon prokurorluğunda Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 tələbənin qida zəhərlənməsi şübhəsi ilə bağlı araşdırma aparılır.
Yenizaman-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
09:52
Qazaxda 18 tələbə dönərdən zəhərlənib.
Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.
Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
.