İranın Kerman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Yenizaman xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 170-ə çatıb.

17:00

 

Kirmanda baş verən partlayışda ölənlərin sayı 53 nəfərə çatıb, 71 nəfər yaralanıb.

Yenizaman “Tasnim”ə istinadən xəbər verir ki, bunu ölkənin fövqəladə hallar departamentinin rəhbəri bildirib.

Bildirilib ki, hadisədə yaralanan şəxlər təcili tibbi yardım mərkəzlərinə çatdırılıb.

Qeyd edək ki, İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirilib.

.