Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Ramil Muşarapovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, R.Muşarapov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi 2015-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Milliyyətcə tatar olan, Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Ramil Mavilyitoviç Muşarapov aralarında yaranan şəxsi mübahisə zəminində doğma qardaşı, 1981-ci il təvvəlüdlü Renat Mavilyitoviç Muşarapovu bıçaqlayaraq qətlə yetirib. Qətli törədən Ramil Muşarapov hadisədən sonra polis bölməsinə gedərək könüllü təslim olub.
Ramil Muşarapov əvvəllər də qətl törətdiyinə görə məhkumluq həyatı yaşayıb.
.
