Sabah Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 30-cu İllik Toplantısı başlayır. Tədbirdə koronavirus pandemiyasının təsirləri və iqtisadiyyatın bərpası istiqamətində müəyyənləşdirilmiş hədəflər barədə məlumat veriləcək.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"Ölkəmiz EBRD ilə uğurlu əməkdaşlıq edir. Bank indiyə qədər Azərbaycana 177 layihə üzrə 3 milyard avrodan çox investisiya yatırıb. Toplantı ərəfəsində qurumun I vitse-prezidenti cənab Yurgen Riqterink və həmkarları ilə Azərbaycan və maliyyə qurumu arasında tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşdırılmasında Bankın iştirakı barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

.