Azərbaycanın Qarabağ atları Moskvada keçiriləcək XXI Beynəlxalq At Sərgisində nümayiş olunacaq.
Sərgi noyabrın 28-dən dekabrın 1-dək "Sokolniki" Sərgi və Konqres Mərkəzində keçiriləcək.
Sərgidə ilk dəfə olaraq Rusiyada Azərbaycanın fəxri olan nadir cins Qarabağ atları nümayiş olunacaq.
Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə də tanış ola biləcəklər.
Eyni zamanda sərgi iştirakçıları Qarabağ atları barədə ətraflı məlumat əldə edə və onlarla xatirə şəkli də çəkdirmək imkanı əldə edəcəklər.
.
