Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən "Tu-154” tipli təyyarəsinin sərnişinlərindən birinin cəsədi və "Birinci kanal" telekanalının jurnalistinin sənədi tapılıb.
TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya güc strukturlarındakı mənbə məlumat yayıb.
Cəsəd sahildən 5 km uzaqlıqda tapılıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi general-mayor İqor Konaşenko cəsədin xilasetmə gəmisinin göyərtəsinə qaldırıldığını bildirib.
.
