"Qara bazar”da dolların satış qiyməti 1,94 manata qalxıb. 

"Marja” xəbər verir ki, qanunsuz valyuta satıcıları 1 dolları 1,92 manatdan alıb, 1,94 manata satırlar.

Dünən hərracda dollar bahalaşmamışdan əvvəl "qara bazar”da 1,93 manata satılırdı.

Artıq "qara bazar”da dollar Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi məzənnəsindən təxminən 10% baha satılır. 

Qeyd edək ki, bu günə olan rəsmi məzənnə 1,7622 manat səviyyəsində müəyyən edilib.
.