Bu gün qanlı yanvar hadisələrinin 24 ili tamam olur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu xüsusi təyinatlı birləşmələri bir neçə istiqamətdən Bakıya və daha bir neçə rayona hücum edərək dinc insanları qətlə yetirib.
"20 yanvar” olayları sovet hakimiyyətinin azadlıq mübarizəsi aparan vətəndaşlarına qarşı qəddar rəftarı, dinc insanlara qarşı silahdan istifadə etməklə qırğın törədilməsi hadisəsi kimi tarixə düşdü. Həmin günlərdə Azərbaycanda rəsmi məlumata görə 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub.
.
