Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Yenizaman DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir qadının 4000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Nərimanov saxlanılıb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə paytaxt sakini olan bir qadının 2000 manatını və 5000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən M.Qasımov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
.