Slovakiyanın Baş naziri Robert Fitso 2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinlə görüşündə "Qazprom"la qaz tədarükünə dair müqaviləsini müzakirə edib.
Bu barədə TASS məlumat yayıb.
"Biz Vladimir Putinlə "Qazprom"la Slovakiyaya qaz tədarükünə dair müqaviləni müzakirə etdik. Bəzi tədarüklər cənub marşrutu ilə həyata keçirilə bilər, lakin hələlik ehtiyatlar var və Slovakiyanın istehlakı təmin olunub", - R.Fitso bildirib.
Siyasətçi əlavə edib ki, Putin Rusiyanın qaz tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirəcəyinə zəmanət verib.
Qeyd edək ki, Rusiya Prezidenti V.Putin və Slovakiyanın Baş naziri R.Fitso arasında danışıqlar dekabrın 22-də Moskvada keçirilib.
.