Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfrasını keçirir. 


Yenizaman.az Teleqraf.com-a istinadla xəbər verir ki, sayca 12-ci mətbuat konfrasında 1437 jurnalist iştirak edir. 


Qeyd edək ki, böyük mətbuat konfransı iştirakçılarının sayı ilbəil artmaqdadır. 2001-ci ildə keçirilən ilk mətbuat konfransında iştirak etmək üçün 500-dən artıq KİV nümayəndəsi akkreditasiyadan keçib. 


2002 və 2003-cü illərdə onların sayı 700-dən çox olub, 2004-cü ildə 750-yə yaxın, 2007-ci ildə 1132, 2008-ci ildə 1364, 2013-cü ildə 1327, 2014-cü ildə 1259, 2015-ci ildə isə 1392 iştirakçı qeydiyyata alınıb.





.