İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə başlayıb.

Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, 1212 Ukrayna əsgərinin dondurulmuş meyitlərinin ilk partiyası artıq soyuducu yük maşınlarında mübadilə zonasına gəlib, qalanları yoldadır.

Medinski qeyd edib ki, Ukrayna tərəfi gözlənilmədən həm meyitlərin qəbulunu, həm də hərbi əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Ukrayna tərəfi mübadilə üçün razılaşdırılmış məntəqəyə gəlməyib:

"Rusiya Kiyevi İstanbulda əldə edilmiş razılaşmalara ciddi əməl etməyə və dərhal hərbi əsirlərin mübadiləsinə başlamağa çağırır. Eyni zamanda, Rusiya mübadilələrə başlamaq üçün “yaralılar, ağır xəstələr və gənclər” kateqoriyasına aid 640 əsirdən ibarət ilk siyahını Ukraynaya verib".

.