Rusiya Prezidenti Vladimir Putin Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatla çıxış edib. 

“RİA Novosti” xəbər verir ki, Putin Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidentinin imzaladığı birgə bəyanatla Qarabağda tam atəşkəsin Bakı vaxtı ilə 10 noyabr 01:00-da başladığını bildirib. 

O qeyd edib ki, Qarabağa rusiyalı sülhməramlılar yerləşiriləcək.

Putin ümidini ifadə edib ki, əldə olunan razılıq Dağlıq Qarabağ ətrafındakı münaqişənin Azərbaycan və erməni xalqlarınin maraqları daxilində tamformatlı və uzunmüddətli həllinə lazımı şərtlər yaradacaq.

.