Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesini İstanbuldakı dialoq zamanı qoyulmuş əsasda davam etdirməyə hazırdır.

Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesindən heç vaxt imtina etməyib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin son danışıqları 29 mart 2022-ci ildə İstanbulun Dolmabahçe Sarayında baş tutub.

.