"Səfirin öldürülməsi Rusiyaya və Rusiya-Türkiyə münasibətlərinə qarşı sui-qəsd idi".


Yenizaman.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfrasında deyib.


O bildirib ki, bu hadisə iki ölkənin münasibətlərinə təsir etməyəcək: "Su-24 hadisəsindən sonra mən bilirdim ki, təyyarənin vurulmasından Türkiyə rəhbərliyinin məlumatı yoxdur. Səfirin öldürülməsindən sonra mən fikrimi dəyişdim. Anladım ki, rus-türk münasibətlərinin yaxşılaşmasını istəməyən bəzi qüvvələr hamıdan xəbərsiz yüksək rütbəli şəxsləri ələ ala bilər. Biz Türkiyə ilə münasibətləri inkişaf etdirəcəyik".


Hələb məsələsinə toxunan Putin Türkiyə və İranın bu məsələdəki rolunu yüksək qiymətləndirib: "Suriya böhranının həlli üçün "tələb edilmiş format"ı inkişaf etdirməyə hazırıq və bu ittifaq digər ölkələr üçün açıqdır".

.