Slavyanskda ordudan istifadə etmək xalqa qarşı cinayətdir.
Yenizaman.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.
"Əgər Kiyev doğrudan da Slavyanskda ordudan istifadə etməyə başlayıbsa, bu öz xalqına qarşı çox ciddi cinayətdir”, - deyə o vurğulayıb.
Bundan əlavə Mediaforumda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib ki, əgər Rusiya Krım əhalisinə kömək etməsəydi, orada vəziyyət indi Ukraynanın şərqindəkindən pis olardı.
"Ona görə də, bu, bir daha onu göstərir ki, biz hər şeyi düz və vaxtında etmişik”, - deyə o vurğulayıb.
Rusiya prezidenti həmçinin qeyd edib ki, Ukraynanın şərqində ordudan istifadə edilməsi nəticədə Ukrayna-Rusiya dövlətlərarası münasibətlərə mənfi təsir göstərəcək.
.