Rusiya prezidenti Vladimir Putin Sergey İvanovu Rusiya Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıb.

İvanovun Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması barədə prezident fərmanı bu gün imzalanıb.

Qeyd edib edək ki, fevralın 4-də Putin Sergey İvanovu ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad etmişdi. Kreml İvanovun öz xahişi ilə vəzifəsindən getdiyini açıqlamışdı.

Xatırladaq ki, İvanov Putinlə birlikdə KQB-də, xarici kəşfiyyatda çalışıb. İvanov Rusiya Federasiyasında isə Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb.

.