
Rusiya Suriyada ümumilikdə öz məqsədlərinə nail olub.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Suriyada məqsədimizə çatdıq, İslam xilafətinin yaradılmasına imkan vermədik", - Rusiya Prezidenti vurğulayıb.
Putin Suriyada hakimiyyətə gələnlərin terrorçular olmadığını qeyd edib.
Rusiya Prezidenti eyni zamanda, Suriyada vəziyyətə nəzarət edən bütün silahlı birləşmələrlə təmasda olduqlarını açıqlayıb.
O, Suriyada sülhüm bərqərar olacağına ümid etdiyini bildirib.
Putin əlavə edib ki, Rusiya 4 min iranlı hərbçini Xmeymim bazasından Tehrana aparıb.
O, Hələbdə 350 yaraqlının ələ keçirildiyini, 30 min hökumət əsgəri və iranyönümlü birləşmənin döyüşsüz geri çəkildiyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Suriyadan hərbi bazalarını çıxarıb-çıxarmayacağını hələ bilmir.
Onun sözlərinə görə, bu məsələ yeni hakimiyyətlə maraqların üst-üstə düşməsindən asılıdır.
Putin qeyd edib ki, Rusiya Suriyaya humanitar yardım çatdırmaq üçün Xmeymim bazasından və Tartus bazasından istifadə etməyi təklif edib:
“Biz Suriyadakı siyasi qüvvələrlə münasibət saxlayırıq, onlar bizim hərbi bazalarımızın qalmasında maraqlıdırlar, biz bu haqda düşünəcəyik".
.