
"Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik, bu, blef deyil".
Bunu xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Vaşinqtonun Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar etdiyini deyərək, nüvə şantajından da istifadə olunduğunu vurğulayıb.
Putin: Luqansk, Donetsk, Xerson və Zaporojyedə referendumun keçirilməsinə hər cür dəstək verəcəyik
Rusiya “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”nda, Xerson və Zaporojye vilayətlərində referendumun keçirilməsinə hər cür dəstək verəcək.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
“Referendumun təhlükəsiz şəraitdə keçirilməsi, insanların bölgənin gələcəyi ilə bağlı iradələrini sərbəst ifadə edə bilmələri üçün hər şey edəcəyik”, - deyə Putin bildirib.
Rusiya lideri əlavə edib ki, bölgə əhalisinin çoxluğunun referendumda qəbul edəcəyi qərarı dəstəkləyəcəklər.
Qeyd edək ki, “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməyə dair sentyabrın 23-27-dək referendum keçiriləcək.
.