Bəzi ölkələr Suriyanın suverenliyini pozaraq orada separatçı əhval-ruhiyyəni gücləndirir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Görüşdə Suriyanın şimal-şərqindəki və Fərat çayı ətrafındakı gərgin vəziyyət müzakirə olundu. Burada bəzi ölkələrin dəstəyi ilə Suriyanın suverenliyinin pozulmasına cəhdlər edilir. Xarici hərbi iştirakın möhkəmlənməsi və separatçı əhval-ruhiyyənin möhkəmlənməsi cəhdləri edilir. Rusiya Fəratətrafı ərazilərin Suriyanın qanuni hökumətinin nəzarətinə keçməsinin tərəfdarıdır” – deyə Putin vurğulayıb.
Rəisi: Tərəflər ABŞ-ın Suriyanı tərk etməsinə dair razılığa gəliblər
Tərəflər zirvə görüşünə razılığa gəldilər ki, ABŞ Suriyanı tərk etməlidir.
Bunu İran Prezidenti İbrahim Rəisi Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Rəisi qeyd edib ki, tərəflər Suriyaya yardımı davam etdirməyi qərara alıblar. Astana sammiti öz səmərəsini göstərdi və bu formulda iş davam edir. Region ölkələri və beynəlxalq ictimaiyyət suriyalıların vətənə qayıtmasına kömək etməlidir.
.