Rusiya Prezidenti Vladimir Putin BRICS ölkələri arasında əməkdaşlığın üç əsas istiqamətini açıqlayıb və yeni üzv ölkələrin birliyin fəaliyyətinə inteqrasiyası üzrə görülən işləri qeyd edib.

Yenizaman Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bunu BRICS ölkələrinin məhdud tərkibli iclasında deyib.

“Biz üç əsas istiqamətdə: siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr sahəsində dövlətlərimizin çoxşaxəli əməkdaşlığının dərinləşməsinə hər cür töhfə vermişik”, - o bildirib.

Putin qeyd edib ki, yeni iştirakçı ölkələrin birliyin işinə rahat və mümkün qədər tam inteqrasiyasını təmin etmək üçün çox işlər görülür.

.