Azərbaycanın “BORAN” bombardir PUA-sı ilk dəfə nümayiş etdirilib.

Çəkisi 60 kiloqram olan PUA saniyədə 5-15 metr sürətlə hərəkət edə bilir. PUA-nın yükdaşıma qabiliyyəti 30 kiloqramdır.

“BORAN” üçoxlu stabilizasiya sistemi ilə təchiz olunub. Bu sistem PUA-ya güclü külək zamanı tarazlığını qorumağa imkan verir.

PUA döyüş zamanı həm yükdaşıma, həm də döyüş əməliyyatlarını yerinə yetirmək qabiliyyətinə malikdir. Həmçinin termal kameralarla təchiz olunub.

.