Türkmənistanda Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Aşqabadda MDB XİN başçıları Şurasının iclası oktyabrın 7-də baş tutacaq.
Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun iclasda iştirak edəcəyini söyləyib.
.
