Rusiya BƏƏ-yə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların təşkil edilməsinə görə minnətdardır.
Yenizaman Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayid Əl Nəhayan ilə görüşdə bildirib.
V.Putin həmçinin BƏƏ-nin Rusiya və Ukrayna arasında saxlanılan şəxslərin mübadiləsinə verdiyi töhfəni də qeyd edib.
BƏƏ Prezidenti Ukraynada münaqişənin siyasi-diplomatik yolla həllinə yönəlmiş bütün qərarları dəstəklədiyini vurğulayıb.
.
