“Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb. Diplomatik nümayəndəliklər hücum hədəfi olmamalıdır”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
 
O bildirib ki, Ermənistan asimmetrik müharibəyə keçdiyi dövrdə bununla bağlı şübhə erməni terror təşkilatlarına aiddir: “Ukrayna səlahiyyətlilərinin hadisəyə dərhal reaksiyasını yüksək qiymətləndiririk”.

.