
Azərbaycan özümüzü regiondakı ticarətin yeni dinamikasına hazırlayır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb.
H. Hacıyev qeyd edib ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə sərmayə qoyub və yük daşıma qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün yaxın zamanda əlavə sərmayə yatırıb:
“Bununla yanaşı, Bakı limanlarının imkanlarını genişləndirmək üçün də əlavə sərmayə qoyuruq. Yəni biz özümüzü regiondakı ticarətin yeni dinamikasına hazırlayırıq”.
.