Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri postu ləğv edilib.
Bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.
Qeyd edək ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov olub.
