
Azərbaycanda 8 hava limanı fəaliyyət göstərir, yaxın vaxtlarda daha bir hava limanı fəaliyyətə başlayacaq.
Bunu Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Bu hava limanlarından 3-nün azad edilmiş ərazilərdə olduğunu söyləyən Prezident İlham Əliyev Ələt Dəniz Limanının imkanlarından danışıb.
.