![](/uploads/img/posts/2024/05/29/6656d7f09be056656d7f09be0617169674086656d7f09be026656d7f09be04jpg-1716968269.jpg)
Ukrayna verdiyimiz silahlardan Rusiyanın ərazisindəki istənilən obyektə zərbə endirə bilər.
Bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik “Radio Zet” radiostansiyasının efirində bildirib.
O deyib ki, təmsil etdiyi hökumət bu məsələdə hər hansı məhdudiyyət tətbiq etmək niyyətində deyil. Nazir ölkəsinin rəsmi Kiyevə növbəti hərbi dəstək paketinin anonsunu da verib:
“Biz hazırda Ukrayna tərəfinə 45-ci hərbi yardım paketini hazırlayırıq. Onun məbləği təqribən 5 milyard dollara yaxın olacaq”.
Qeyd edək ki, ötən gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell də Avrozona tərəfindən adı çəkilən ölkəyə göndərilən silah-sursatın Rusiya ərazisinə istiqamətləndirməyə icazə verildiyini bəyan edib.
.