Polşa Qrenlandiyaya əsgər göndərməyəcək.
Yenizaman “Reuters“ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
O əlavə edib ki, NATO ölkəsinin başqa bir NATO ölkəsinə hücumu fəlakətlə nəticələnəcək.
“NATO ölkəsinin başqa bir NATO ölkəsi tərəfindən nəzarətə götürülməsinə cəhd edilməsi NATO həmrəyliyinə əsaslanan və kommunist terroru, eləcə də digər təcavüz növləri ilə əlaqəli şər qüvvələrin bizdən uzaq saxlayan dünyanın sonu olardı”,- Tusk bildirib.
Polşanın Baş naziri Avropanın Qrenlandiya məsələsində yekdil olması üçün əlindən gələn hər şeyi edəcəyini vurğulayıb.
Qeyd edək ki, Fransa və Böyük Britaniya hərbi qüvvələri ABŞ-ın təhdidləri fonunda Danimarka ilə hərbi təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya göndərilib.
.
