Polşa Müdafiə Nazirliyinin əməkdaşı Rusiyaya casusluq ittihamı ilə saxlanılıb.
Yenizaman Polşa mətbuatına istinadən xəbər verir ki, casusluqda ittiham olunan şəxs Müdafiə Nazirliyinin Müdafiə strategiyası və planlaşdırma departamentində çalışıb.
Həmin şəxs Polşa Hərbi Əks-kəşfiyyatının uzunmüddətli araşdırmaları nəticəsində tutulub.
Məsələ ilə bağlı istintaq davam etdirilir.
.
