Kaliforniyada yanğınlarla əlaqədar polis təxliyənin həyata keçirildiyi ərazilərdə ən azı 68 nəfəri saxlayıb.

Bu barədə “ABC News” telekanalı polisin məlumatına istinadən xəbər verib.

Onlardan 29 nəfəri Los-Anceles dairəsində, 39 nəfəri isə Santa-Monikada saxlanılıb. Həmin şəxslərdən 10-u oğurluqda şübhəli bilinir.

Daha əvvəl verilən məlumata görə, talançılıq hallarının artması fonunda polis əməkdaşları yanğından zərər çəkmiş ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

.