“Şuşanın azad edildiyi xəbərini eşidəndə sevindiyim kimi, 40 ildir sevinməmişdim. Dədə-baba yurduna yenidən qayıtmaq böyük sevincdir. Şuşada ata evimiz dağıdılıb, indi əsas məqsədim bu evi bərpa etmək, atamın doğulduğu, uşaq olanda olduğum o torpağı öpməkdir”.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçirdiyi onlayn brifinq zamanı bildirib.
“İlk fürsətdə oraya gedəcəyəm. Həm də orada işlərim çoxdur, işin qızğın vaxtıdır. Bir az imkan yaranan kimi mütləq Şuşaya gedəcəyəm”, – səfir qeyd edib.
Səfir: "Məcburi köçkünlər öz yurdlarına qaytarılacaq"
“Münaqişənin qaynar mərhələsi indicə başa çatıb. Öz yurd-yuvalarından didərgin salınanların hamısı geri qaytarılacaq”.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı bildirib.
“İnsanlar tezliklə doğma diyara qayıtmaq istəyir. Lakin bunun üçün müvafiq infrastruktur qurulmalı, hakimiyyət orqanları yaradılmalıdır, bu da asan məsələ deyil. Əminəm ki, vaxtilə orada yaşayanlar məmnuniyyətlə geri qayıdarlar. Dünyasını dəyişənlərin isə övladları, nəvə-nəticələri artıq böyüyüb və dədə-baba yurduna qayıtmaq üçün səbirsizliklə məqam gözləyirlər”, - səfir qeyd edib.
Səfir: "Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir"
“Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bu da prezidentlərimiz arasındakı işgüzar tərəfdaşlıq münasibətləri ilə şərtlənir. İki ölkənin xarici işlər nazirlikləri, səfirlikləri arasında yaxın təmaslar var. Qarşıya çıxan bütün problemləri dostca, tərəfdaş kimi yoluna qoyuruq. Hər bir problemi açıq danışırıq”.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı bildirib.
“İqtisadi gündəmə dair deyə bilərəm ki, 2018-ci ildə Soçidə hər iki prezidentin də iştirakı ilə 18-dən artıq iqtisadi sənəd imzalanıb. İqtisadi inkişaf sahəsinə dair belə həcmdə hüquqi baza heç bir başqa MDB ölkəsi ilə yaradılmayıb”, - səfir qeyd edib.
.