Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanlı cinayət törətməkdə təqsirli bilinən Tural Yusifovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə hökm oxunub.Hökmə görə, Tural Yusifov 3 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Pirşağı qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Yusibov həmyerlisi Əliabas Allahyarovla mübahisə edib. T.Yusifov Ə.Allahyarovu bıçaqlayıb. Buna səbəb zərərçəkənin T.Yusifovu söyməsi olub. Ə.Allahyarov xəstəxanaya çatdırılıb və onun həyatı xilas etmək mümkün olub. Polis əməkdaşların əməliyyat axtarış tədbirləri nəticəsində T.Yusifov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1( qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham irəli sürülüb.
.
