
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfəri buna ehtiyac yarandığı anda dərhal razılaşdırıla bilər.
Yenizaman Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Zəruri olduqda bu səfərlər razılaşdırılır və dərhal həyata keçirilir. Burada heç bir problem yoxdur, xüsusi əlaqə kanalları düzgün işləyir. Zərurət yarandığı halda belə əlaqələr, əlbəttə ki, baş tutacaq", - o qeyd edib.
.