Əbu-Dabidə Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqlarında Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) uzadılması mövzusuna toxunulub.

Yenizaman Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

"Rusiya ilə ABŞ START üzrə məsuliyyətli mövqe tutacaqlar və bu mövzu üzrə danışıqların tezliklə başlamasının zəruriliyini dərk edirlər", - o deyib.

START-ın qüvvədə olma müddəti fevralın 5-də başa çatıb.

.