Rusiya, Ermənistan və Azərbaycan arasında Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi prosesi yaxşı gedir. Rusiya Prezidenti Vladimir Putin həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla daim təmasdadır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bəyan edib.

“Ümumiyyətlə, bu istiqamətdə işlər pis getmir. Bilirsiniz ki, üçtərəfli müqavilələr Putinin fəal iştirakı ilə bağlanmışdı və elə onun fəal iştirakı ilə həyata keçirilir. O, baş nazir vəzifəsini icra edən Paşinyanla və Prezident Əliyevlə daim əlaqə saxlayır. Hazırda əldə edilmiş razılaşmaların tətbiqi və icrası ilə məşğuluq”, - deyə Peskov vurğulayıb.

Kreml Aİ-nin Qarabağ danışıqlarında vasitəçilik səylərinə münasibət bildirdi

Rusiya mövcud razılaşmaların implementasiyasına töhfə verərsə, Avropa İttifaqı (Aİ) ölkələrinin Qarabağ danışıqlarında vasitəçilik səylərini alqışlamağa hazırdır.

Bunu da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Vasitəçilik səyləri sabitlik, proqnozlaşdırma gətirirsə və mövcud razılaşmaların implementasiyasına kömək edərsə, o zaman yalnız alqışlamaq olar. Ümumiyyətlə, bu istiqamətdə işlər yaxşı gedir”, - deyə Peskov Aİ ölkələrinin Qarabağla bağlı üçtərəfli danışıqlar formatına qoşulma niyyətləri barədə bəyanatlarına münasibət bildirərkən deyib.

.