Moskvanın atəşkəs üçün şərtlərinin siyahısı ayrıca hazırlanacaq.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Kremlin rəsmisindən atəşkəs planı ilə bağlı açıqlama

Mümkün atəşkəs planının ayrıca sənəd kimi tərtib edilib-edilməyəcəyini, yoxsa gələcək sülh müqaviləsi ilə bağlı memorandumda əksini tapacağına aydınlıq gətirilməsi ilə bağlı suala cavab verən Kremlin rəsmisi, "İndi burada sizə dəqiq məlumat verməyəcəyəm. Əlbəttə ki, atəşkəs üçün şərtlərin ayrıca siyahısı olacaq. Bu, İstanbulda razılaşdırılıb" - deyə vurğulayıb.

 

Sülh memorandumu üzrə danışıqlar davam edir

Onun sözlərinə görə, Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində iş dinamik şəkildə davam edir: "Heç kim prosesin gecikdirilməsində maraqlı deyil, hamı dinamik işləyir. Biz sizi məlumatlandıracağıq", - Peskov bildirib.

Müzakirələrin detalları ictimaiyyətə açıq deyil

Bununla belə, o qeyd edib ki, bu işin çox hissəsi “məlum səbəblərə görə ictimaiyyətə açıqlanmamalıdır”.

Putin-Tramp danışığından sonra Moskvanın mövqeyi

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin mayın 19-da ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra bildirib ki, Moskva Kiyevlə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırdır, bu memorandumda atəşkəs və münaqişənin həlli prinsipləri də yer alacaq.

.