Kremlin mətbuat katibi Dmitri Peskov Moskva ilə Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanma tarixinin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminin tarixi ilə heç bir əlaqəsi olmadığını bildirib.

Bu barədə Dmitri Peskov IRNA-ya müsahibəsində deyib.

"Trampın hakimiyyətə gəlişi ərəfəsində İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması tarixinin seçilməsi ilə bağlı çoxsaylı fərziyyələr yalnız təbəssüm yaradır. Qoyun konspirasiya nəzəriyyəçiləri əylənsinlər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiyaya rəsmi səfərə gələcək. Onun Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə görüşü və görüş çərçivəsində iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması planlaşdırılır.

.