Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ermənistanda legitim hakimiyyətin qorunmasında maraqlı olduğunu bəyan edib.

Bu barədə TASS xəbər verib.

"Moskva İrəvanda qanuniliyin qorunmasında, Ermənistanın Rusiyaya dost olan və inkişaf edən ölkə olmasında maraqlıdır", - o bildirib.

Peskov həmçinin vurğulayıb ki, Ermənistanda baş verən proseslər dövlətin daxili işləridir.

.